Rusca Rusca Rusca Azərbaycanca
1.7012 1.9839 0.0284 0.4787
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlıq haqqında sənəd imzalayacaq

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlıq haqqında sənəd imzalayacaq

2017-05-11 17:00 206
Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri üçtərəfli hərbi əməkdaşlıq haqda memorandum izmzalamağı planlaşdırır.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu məsələ İstanbulda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisində Türkiyənin müdafiə naziri Fikir Işıkla grücü həmkarı Levan İzoriya arasındakı görüşdə müzakirə edilib.

İnformasiyaya əsasən, görüşdən sonra L.İzoriya bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri 10 gündən sonra Batumidə görüşəcək.

“Bu görüşdə biz üçtərəfli əməkdaşlıq formatını müzkirə edəcəyik. Həbir əməkdaşlığımızın keyfiyyətinin artırmaq istiqamətində memorandum imzalanacaq”, - deyə Gürcüstanın müdafiə naziri vurğulayıb.

Mənbə: Report.az
jxa

Xəbər lenti