Rusca Rusca Rusca Azərbaycanca
1.7012 1.9839 0.0284 0.4787
Bakıda mağazadan oğurluq anı kameraya düşdü

Bakıda mağazadan oğurluq anı kameraya düşdü HƏMİN ANLARIN VİDEOSU

2017-06-17 17:37 1218
Görüntülər paytaxtın Nəsimi rayonu metronun 28-may stansiyası yaxınlığında yerləşən bir ərzaq mağazasında təhlükəsizlik kamerasına düşüb.

Mağazaya oğurluğa gələn gənc özünü müştəri kimi aparıb. Satıcı tərəzidə digər müştərilərə ərzaq çəkərkən onun gözündən yayınan oğru piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb cibinə qoyub.

Ancaq şübhə yaratmasın deyə mağazanı dərhal tərk etməyib.

Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Dərhal mağaza sahibi təhlükəsizlik kameralarına baxış keçirib. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.

Bölmədən bildirilib ki, hələlik həmin şəxs saxlanılmayıb. Əvvəlcə onun şəxsiyyəti müəyyən ediləcək, sonra isə saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görüləcək.

jxa

Xəbər lenti