Rusca Rusca Rusca Azərbaycanca
1.7008 2.0342 0.0294 0.4864
Azərbaycan təhsilində MAGİSTRATURA PROBLEMİ: burada tələbəyə kim və nə öyrədir?

Azərbaycan təhsilində MAGİSTRATURA PROBLEMİ: burada tələbəyə kim və nə öyrədir?

2017-07-14 15:31 158

Bu il ali təhsil müəssisələrinin magistraturasına sənəd verənlərin sayı ötən ilə nisbətən 46 faiz azalsa da, qəbul olunanların sayı 34 faiz artıb. Ölkədə magistr olmaq istəyənlərin sayının azalması bir neçə səbəblə bağlı ola bilər. İlk nöbvədə bu ildən ali və otra ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin imtahanlarının ödənişli olmasıdır. Buna görə də bakalavr pilləsində belə təhsil almaq istəyənlərin sayında fərq müşahidə edildi. Lakin magistraturadan fərqli olaraq bakalavrda ən azı bir dəfə pulsuz imtahan şansı verildi. Üstəlik iki təhsil pilləsində imtahanlarda ödənişlər arasında ciddi fərq var idi.

Həm də, hər bakalavr magistratura təhsilini vacib hesab etmir. Bütün bunlar isə magistraturaya ərizə verənlərin sayında ciddi bir azalmaya səbəb oldu. Amma bu azalmanı həm də ölkədəki ali məktəblərdə magistratura və bakalavr pillələri arasında tədris baxımından çox da fərq olmaması ilə əlaqələndirənlər də var. Bir çox ali məktəblərin magistratura pilləsini bitirənlər 2 ili itirilmiş də hesab edirlər. Onlara qalan isə sadəcə diplom olur. Çünki magistrlar bakalavrdan öyrəndiklərini biliyin üzərinə magistratura pilləsində istədikləri əlavələri edə bilmirlər.

“Yeni bir şey öyrənməyəcəksə, magistr təhsili almağın nə mənası var?” deyə düşünə bilərik. Halbuki, magistratura təhsili mütəxəssisin daha dərin biliklərə sahib olması, bir elm adamı kimi yetişməsi üçündür. Ancaq bu pillənin tələb olunan təhsili verməməsi ona ehtiyac olmamasını gündəmə gətirib.

Картинки по запросу Əjdər Ağayev

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bəzi ali məktəblərdə təhsilin magistratura və bakalavr pilləsi arasında fərq olmadığını fikrilə razılaşır: “Bakalavr pilləsi yalnız istehsalata hazırlayırsa, magistratura artıq elmi dərəcə hesab edilir. Buna görə də magistratura bakalavrdan xeyli fərqlənməlidir. Bakalavrda ixtisas hazırlığında lazım olan əsas fənlər öyrədilir, magistraturada isə seçilmiş ixtisas üzrə professional paraktik və nəzəri hazırlıq tələb edilir. Magistratura pilləsi məzunu elmi fəaliyyətə hazırlamalıdır. Amma bizim ali məktəblərin bir çoxunda magistratura təhsilinin səviyyəsi aşağıdır. Problemlərə baxmayaraq təhsilin bu pilləsi vacibdir, sadəcə tədris proqramı yenidən nəzərdən keçirilməlidir. Tələbələrin ixtisas hazırlığına uyğun fənlər olmalıdır”.

Ə.Ağayev hesab edir ki, tədris proqramı qədər magistratura pilləsində dərs deyən müəllimlərin ali dərəcəsi önəmlidir: “Fənlər yüksək ixtisaslı kadrlar tərəfindən tədris edilməlidir. Magistratura pilləsində dərs keçən müəllimin ən aşağısı fəlsəfə doktoru elmi dərəcəsi olmalıdır. Amma bizim ali məktəblərdə magistratura təhsili üzrə işləyənlərin heç də hamısı ixtisas üzrə mükəmməl hazırlığa malik deyil. Digər tərəfdən təcrübə göstərir ki, təhsilin bu pilləsində qruplarda tələbələrin sayı az olduğundan müəllimlər əlavə vaxt itirmək istəmir, yalnız görüşərək tapşırıq verməyi üstünlük verir, hazırlaşmağı tələbənin ixtiyarına buraxırlar. Tələbənin sayından asılı olmayaraq müəllim ayrılmış müddətdə tələbə ilə məşğul olub onu hazırlamalıdır. Təəssüf ki, ali məktəblərin çoxunda bu təhsil çox zəif qurulub. Ona görə də, tələbələr təhsildən narazı qalırlar”.

Ekspert bütün ali məktəblərdə magistratura təhsilinin keyfiyyətini artırmaq üçün ciddi işlər görülməli olduğunu vurğuladı: “Magistrantların aldığı bütün fənlər üzrə təhsil yüksək səviyyəli mütəxəssislər tərəfindən verilməlidir. Yaxşı olar ki, təhsilin bu pilləsində tədris olunan fənlər üzərində yenidən işlənilsin, magistr səviyyəsinə uyğunlaşdırılsın. Bəzən bakalavrda keçilən fənn magistraturada təkrar tədris edilir. Bundan başqa, mən bakalavr və magistr pillələrində fərqli ixtisas üzrə təhsil almaq imkanının yaradılmasından narazıyam. Düzdür, bəzi ixtisaslar üzrə bu imkan yaradılır. Lakin bu magistraturada keyfiyyətli təhsil almasına mane olur”.

Картинки по запросу Şahlar Əsgərov

Magistratura təhsilinin vacib olduğunu deyən təhsil eksperti Şahlar Əsgərov isə təhsilin bu pilləsində tələbələrə azadlıq verilməsinin tərəfdarıdır: “Məsələn, bakalavr pilləsində fizikanı bitirənin magistraturada riyaziyyat üzrə təhsil almasına imkan yaradılmalıdır. Təəssüf ki, bütün ixtisas məzunlarına bu imkan verilmir. Tələbə bakalavrda oxuduğu ixtisası sevmirsə, ona magistraturada başqa ixtisas üzrə təhsil almaq imkanı yaradılmalıdır. İstədiyi ixtisasda daha istəkli təhsil alır. Ən dəyərli gənclərimiz magistratura təhsili alır. Lakin bu təhsilin ödənişli olması müsbət hal deyil. Bu məbləğ artdıqca, magistr təhsili almaq istəyənlərin də sayı azalır. Nəticədə məsələn texniki sahələrdə xarici mütəxəssis cəlb etməyə ehtiyac yaranar”.

Ş.Əsgərov hesab edir ki, magistratura təhsilindəki problemlər bu sahəni dərin bilməməkdən irəli gəlir: “Magistratura təhsili bakalavr pilləsindən fərqlənməlidir. Bu pillədə tələbə sahəni daha da konkretləşdirməlidir. Magistraturada fənlər bakalavrdan fərqli olmalıdır, təkrarçılığa yol vermək olmaz. Magistraturada təhsil daha dərin olmalıdır. İki təhsil pilləsində fənlər fərqlənmirsə, demək biz tədrisi düzgün qura bilməmişik. Heç bir ağıllı adam bir təhsili iki dəfə almaq istəməz”.

Gülxar

Mənbə: www.publika.az
jxa

Xəbər lenti