Rusca Rusca Rusca Azərbaycanca
1.7008 2.0342 0.0294 0.4864
Qalatasaray Bakının İnteri ilə QARŞILAŞACAQ - Əgər hər ikisi mərhələ adlasa (YENİLƏNDİ)

"Qalatasaray" Bakının "İnter"i ilə QARŞILAŞACAQ - Əgər hər ikisi mərhələ adlasa (YENİLƏNDİ)

2017-07-14 15:35 195

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Publika.az-ın xəbərinə görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibləri bəlli olub.

"Qəbələ” "Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq. İlk görüş Afinada olacaq.

"İnter” ilk ounda 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək. Zaur Svanadzenin komandası 3-cü mərhələyə yüksəlsə, ilk görüşü səfərdə keçirəcək.

"Zirə” - "Astra" (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq. Təmsilçimiz "Astra" səddini keçə bilsə, ilk oyunu Bakıda olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 3-də keçiriləcək.

***

Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimindəki mümkün rəqiblərinin sayı azaldılıb.

Publika.az xəbər verir ki, "Zirə"-"Astra" (Rumıniya) cütü səpələnmişlər, "İnter"-"Fola Eş" (Lüksemburq) və "Qəbələ"-"Yagelloniya" (Polşa) cütləri əpələnməmişlər səbətində yer alıb.

"Qəbələ" Polşa "Yagelloniya"sını keçsə, PSV (Hollandiya), "Fənərbağça" (Türkiyə), "Krasnodar" (Rusiya), "Şkendiya" (Makedoniya) / HİK (Finlandiya) cütünün qalibi (ilk oyunda "Şkendiya" evdə 3:1 hesablı qələbə qazanıb), "Panatinaikos" (Yunanıstan) ilə qarşılaşacaq.

"İnter" Lüksemburq "Fola "Eş"ini üstələsə, bu komandalardan biri ilə qarşıılaşacaq:

1. "Ostersun" (İsveç) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi (İlk oyun - 2:0)

2. "Milan" (İtaliya)

3. "Bordo" (Fransa)

4. "Makkabi" (Təl-Əviv, İsrail) / "Reykyavik" (İslandiya) cütünün qalibi (İlk oyun - 3:1)

5. "Hayduk" (Split, Xorvatiya) / "Levski" (Sofiya, Bolqarıstan) (İlk oyun - 1:0)

6. "Hoqesund" (Norveç) / "Lex" (Poznan, Polşa) cütünün qalibi (İlk oyun - 3:2)

"Zirə" Rumıniya "Astra"sını üstələsə, bu komandalardan biri ilə qarşılaşacaq:

1. "İrtış" (Pavlodar, Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün qalibi (İlk oyun - 1:1)

2. "Aleksandriya" (Ukrayna)

3. "Altax" (Avstriya) - "Dinamo" (Brest, Belarus) (İlk oyun - 1:1)

4. "Aberdin" (Şotlandiya) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina) cütünün qalibi (İlk oyun - 1:1)

4. "Rujomberok" (Slovakiya) / "Brann" (Norveç) cütünün qalibi (İlk oyun - 0:1)

5. "Beytar (Yerusəlim, İsrail) / "Botev" (Plovdiv, Bolqarıstan) (İlk oyun - 1:1)

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

***

09:30

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan təmsilçiləri - “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibələri bəlli olacaq.

Püşkatmaya II təsnifat mərhələsinin 33 cütü və mübarizəyə yeni qoşulacaq 25 klub qatılacaq. Komandalar UEFA reytinqinə əsasən səpələnmişlərə və səpələnməmişlərə bölünüblər.

“Qəbələ” – “Yagelloniya” və “İnter” – “Fola Eş” cütləri səpələnməmişlər sırasındadırlar. Bu isə Azərbaycan klublarının mərhələ keçəcəkləri təqdirdə daha güclü rəqiblərlə üzləşəcəkləri anlamına gəlir. Əvəzində, “Zirə” rəqibi “Astra”nın yüksək əmsalına görə səpələnmişlərdəndir.

“Qəbələ” və “İnter”in mümkün rəqibləri sırasında “Zenit”, “Fənərbağça”, “Milan”, “Marsel”, “Everton” kimi kollektivlər var.

Avropa Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

“Zenit” (Rusiya)

“Atletik” (İspaniya)

“Ostersun” (İsveç) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi

“Fənərbağça” (Türkiyə)

“Sparta” (Çexiya)

“Milan” (İtaliya)

PSV (Hollandiya)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

PAOK (Yunanıstan)

“Krasnodar” (Rusiya)

“Bordo” (Fransa)

“Everton” (İngiltərə)

“Marsel” (Fransa)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Reykyavik” (İslandiya) cütünün qalibi

“Frayburq” (Almaniya)

“Astra” (Rumıniya) - “Zirə” (Azərbaycan) cütünün qalibi

“Austriya” (Avstriya)

“Ferensvaroş” (Macarıstan) - “Midtyulland” (Danimarka) cütünün qalibi

“Panatinaikos” (Yunanıstan)

“Maritimo” (Portuqaliya)

“Syon” (İsveçrə)

“Hayduk” (Xorvatiya) - “Levski” (Bolqarıstan) cütünün qalibi

“Rabotniçki” (Makedoniya) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Hoqesund” (Norveç) - “Lex” (Polşa) cütünün qalibi

“Apollon” (Kipr) - “Zarya” (Moldova) cütünün qalibi

“Şkendiya” (Makedoniya) - HİK (Finlandiya) cütünün qalibi

“Şemrok Rovers” (İrlandiya) - “Mlada Boleslav” (Çexiya) cütünün qalibi

Səpələnməmişlər

“Jelezniçar” (Bosniya və Herseqovina) - AİK (İsveç) cütünün qalibi

“Aleksandriya” (Ukrayna)

“Osiyek” (Xorvatiya) - “Lütsern” (İsveçrə) cütünün qalibi

“Brondbü” (Danimarka) - “Vaasa” (Finlandiya) cütünün qalibi

“Kalyu” (Estoniya) - “Videoton” (Macarıstan) cütünün qalibi

“Olimpik” (Ukrayna)

“Ostende” (Belçika)

“Proqres” (Lüksemburq) - AEL (Kipr) cütünün qalibi

“Qəbələ” (Azərbaycan) - “Yagelloniya” (Polşa) cütünün qalibi

“Slovan” (Slovakiya) - “Lyunqbyu” (Danimarka) cütünün qalibi

“İrtış” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Trençin” (Slovakiya) - “Bney Yehuda” (İsrail) cütünün qalibi

“Kayrat” (Qazaxıstan) - “Skenderbeu” (Albaniya) cütünün qalibi

“Aberdin” (Şotlandiya) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) cütünün qalibi

“Valletta” (Malta) - “Utrext” (Hollandiya) cütünün qalibi

“Altax” (Avstriya) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi

“Şturm” (Avstriya) - “Mladost” (Monteneqro) cütünün qalibi

“Dinamo” (Buxarest, Rumıniya)

“Kork Siti” (İrlandiya) - AEK (Kipr) cütünün qalibi

“İnter” (Azərbaycan) - “Fola Eş” (Lüksemburq) cütünün qalibi

“Beytar” (İsrail) - “Botev” (Bolqarıstan) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) - “Odd” (Norveç) cütünün qalibi

“Panionios” (Yunanıstan) - “Qoritsa” (Sloveniya) cütünün qalibi

“Norçepinq” (İsveç) - “Trakay” (Litva) cütünün qalibi

“Universtatya” (Krayova, Rumıniya)

“Valyur” (İslandiya) - “Domjale” (Sloveniya) cütünün qalibi

“Arka” (Polşa)

“Rujomberok” (Slovakiya) - “Brann” (Norveç) cütünün qalibi

“Liepaya” (Latviya) - “Suduva” (Litva) cütünün qalibi

Mənbə: www.publika.az
jxa

Xəbər lenti