Rusca Rusca Rusca Azərbaycanca
1.7012 1.9839 0.0284 0.4787
Avtobusda sürücü özbaşınalığı - RƏSMİ (VİDEO)

Avtobusda sürücü özbaşınalığı - RƏSMİ (VİDEO)

2017-07-14 17:38 118

Bakıda 88 saylı sərnişin avtobusunda sürücü sərnişinlərdən pul yığıb. Marşrut xəttində ödənişin "Bakı Kartı" vasitəsilə aparılmasına baxmayaraq, sərnişinlər nağd ödəniş edir.

Yayılan videogörüntülər də bunu təsdiq edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a açıqlamasında bildirib ki, kartla ödənişin tətbiq edildiyi hər hansı sürücü və ya sahibkar qaydaları pozursa, onlara qarşı tədbir görülür: “Hər bir daşıyıcı şirkət və əməkdaşlar kartla ödənişin tələblərinə əməl etməlidir. Bu marşrut xətlərində nağd ödəniş aparıla bilməz. Bu qaydanı pozan sürücü və ya ona göz yuman sahibkara qarşı sərt tədbirlər görüləcək”.

Gülxar

Mənbə: www.publika.az
jxa

Xəbər lenti