Rusca Rusca Rusca Azərbaycanca
1.7008 2.0342 0.0294 0.4864
Tər, su, toz və quma qarşı

Tər, su, toz və quma qarşı DÖZÜMLÜ TELEFON

2017-01-03 18:07 960
“Samsung” şirkəti yeni ildə bazara bir çox üstünlüklərə malik telefonla daxil olacaq. Artıq telefonun ilk təqdimatı da baş tutub.

Yeni “GalaxyA” modeli 4 rəngdə olacaq.

Özünə xas dizaynı ilə fərqlənəcək yeni model qara, qızılı sarı, mavi və çəhrayı rənglərdə olacaq. 16 meqapiksellik ön və arxa kamerası ilə daha dəqiq görüntü əldə etmək imkanı verəcək.

Yeni modelin yaddaşı da əvvəlkilərdən xeyli fərqlidir. Belə ki, yaddaşı 256 GB-a qədər yüksələ bilər. Bu telefon qısa zamanda enerji toplamaq özəlliyinə sahib olacaq.

“Samsung”un yeni telefonu su, tozla yanaşı, tər və quma qarşı da dayanıqlıdır.

İlk satışın Rusiyada baş tutacağı bildirilir.

jxa

Xəbər lenti