Rusca Rusca Rusca Azərbaycanca
1.7021 1.9133 0.0302 0.4785
Passiv Wi-Fi yaradıldı

Passiv Wi-Fi yaradıldı - VİDEO

2017-01-07 23:30 166
Smartfonda Wi-Fi simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir. Vaşinqton universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni texnologiya indikindən 10 min dəfə az enerji sərf etməklə Wi-Fi siqnalı yaratmağa imkan verir. Yeni texnologiya passiv Wi-Fi adlandırılıb.
Xəbəroxu ICTnews-a istinadən bildirir ki, yeni texnologiya rəqəmli və analoq əməliyyatların ayrılması əsasında işləyir. Məhz sonuncu yüksək enerji sərfiyyatına səbəb olur. Passiv "Wi-Fi" siqnalı translyasiya etmək üçün ayrı analoq ötürücü aparatdan istifadə edəcək. Bundan sonra siqnal aşağı güclü rəqəmli çeviricilərin köməyi ilə əks olunur və ənənəvi paketlər şəklində ötürülür.

Passiv "Wi-Fi" texnologiyasının enerji sərfiyyatı "Bluetooth LE" və ya "ZigBee" ilə müqayisədə 1000 dəfə azdır. Alimlər gələn ilin martında sözügedən texnologiyanı nümayiş etdirəcək və "USENIX" simpoziumunda yenilik barədə detalları açıqlayacaqlar.

Açar sözlər: #Passiv Wi-Fi yaradıldı
jxa

Xəbər lenti