Rusca Rusca Rusca Azərbaycanca
1.7021 1.9029 0.0302 0.4757
Uçan maşınlar satışa çıxarılır -

Uçan maşınlar satışa çıxarılır - 2017-nin möcüzə kimi texnologiyaları

2017-01-08 12:36 725
İqtisadçı ekspert Natiq Cəfərli 2017-ci ilin texnoloji gözləntiləri barədə yazıb.

Bu barədə sosial şəbəkədə yazan ekspertin sözlərinə görə, bu ildə günəş, külək və digər bərpaolunan enerji istehsalının maya dəyəri daha da aşağı düşəcək, çünki artıq 20-dən çox ölkədə bu növ enerjinin alınması, ənənəvi mənbələrdən alınan enerjidən daha ucuzdur: "Bir neçə avtomobil şirkəti hidrogenlə işləyən yeni nəsil maşınların təqdimatını keçirəcək. Elastik və qatlanan ekranlı smartfonlar satışa çıxacaq. Elektriklə işləyən avtomobillərin yeni nəsli gələcək, bir dəfə şarj olunanda 1000 km yol qət etmək mümkün olacaq. Telefonlar üçün də yeni nəsil batareyalar gəlir, bir dəfə şarj olunanda 3-4 gün bəs edəcək. Elektrik cərəyanına birbaşa qoşulmadan şarj texnologiyası gəlir, bütün elektrik avadanlıqları wi-fi kimi, yəni havada olan dalğalarla şarj olunacaq.

Yeni nəsil 3D printerlər gəlir, ümumiyyətlə, 3D printerlər evlərdə olacaq, istədiyin məişət əşyasını və detalları ev şəraitində çap etmək mümkün olacaq. Yeni təhsil metodologiyası gəlir, yanaşma və qiymətləndirmə fərqli olacaq. Uçan avtomobillərin kütləvi satışı başlayacaq, ilk sifarişlər artıq qəbul olunub. Şəhərdaxili nəqliyyatında və yükdaşımalarda "sürücüsüz" dönəm başlayır...".

jxa

Xəbər lenti