Rusca Rusca Rusca Azərbaycanca
1.7447 1.8399 0.0304 0.4816
Telman İsmayılov

Telman İsmayılov 15 MİLYON UDUZDU!

2017-01-08 19:15 469
Asya İnşaat A.Ş., Güçlü İnşaat Ltd və Ekodizayn İnşaat Peyzaj Ltd şirkətləri

Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılov 3 tikinti şirkətinə məhkəmədə uduzub.

"Asya İnşaat A.Ş.", "Güçlü İnşaat Ltd" və "Ekodizayn İnşaat Peyzaj Ltd" şirkətləri T. İsmayılovun Antalyada inşa etdirdiyi "Mardan Palace" otelinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaya əsasən, sifarişçi otelin inşasında iştirak edən hər 3 şirkətə görülən işlərin müqabilində ödəniləcək məbləği verməyib. Ümumilikdə, otel 3 şirkətə 13 mln. lirədən artıq vəsait ödənilməlidir.

Şirkətlər məhkəməyə ilk dəfə 2009-cu ildə müraciət ediblər. Otelin hüquqşünasları isə iddia edir ki, qeyd edilən məbləğ xeyli şişirdilib.
 
Sonuncu məhkəmə prosesində hakim otel rəhbərliyinin etirazını rədd edib. Məhkəmənin qərarı ilə "Mardan Palace" şirkətlərə kompensasiya məbləği ilə birgə ümumilikdə 14,7 mln. lirə ödəməlidir.

Mənbə: apa.az
jxa

Xəbər lenti