Rusca Rusca Rusca Azərbaycanca
1.8311 1.9483 0.0308 0.4811
XƏBƏRİNİZ OLSUN -

XƏBƏRİNİZ OLSUN - Bu gün qaz olmayacaq

2017-01-10 09:58 263
Bakının bəzi hissələrində qaz olmayacaq

Yanvarın 10-da “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən verilən məlumatına görə, saat 10:00-dan 18:00-dək aparılacaq işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

jxa

Xəbər lenti