Rusca Rusca Rusca Azərbaycanca
1.7022 1.9408 0.0288 0.4854
Uduşlardan 10 faiz vergi tutulacaq

Uduşlardan 10 faiz vergi tutulacaq

2017-01-10 11:43 130
Lotereya və digər yarışlardan əldə olunan uduşlardan 10 faiz vergi tutulacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.

Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.

Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC tərəfindən tutulmalıdır.

Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.

jxa

Xəbər lenti