Rusca Rusca Rusca Azərbaycanca
1.7022 1.9408 0.0288 0.4854
Taksilərdə vahid qiymət necə müəyyən ediləcək?

Taksilərdə vahid qiymət necə müəyyən ediləcək?

2017-01-11 12:07 93
Mais Ağayev: Qiymətlərin necə hesablanacağı və nə qədər olacağı təkliflər hazırlanan vaxt müəyyən ediləcək.

“Taksi xidməti sistemində vahid qiymətlər elə müəyyən ediləcək ki, həm sürücülər, həm də sərnişinlər üçün sərfəli olsun və hər iki tərəfi razı salacaq məbləğ müəyyənləşdirilsin”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, taksi xidmətində qiymətlər baha olmayacaq “Vahid qiymətin tətbiqi qeyd edildiyi kimi mart ayından başlamayacaq və bu barədə yayılan ilkin məlumatlar dəqiq deyil. İlk növbədə taksi fəaliyyəti ilə məşğul olanların fərqlənmə nişanı almaları təmin edilməlidir. Ondan sonra vahid qiymət məsələsinə baxılacaq. Həmçinin taksilərdə taksometrlər qoyulmalıdır ki, müəyyən edilən tarif gedilən məsafəyə uyğun hesablansın. Hələki bununla bağlı yenilik yoxdur”.

M.Ağayev qeyd edib ki, qiymətlərin necə hesablanacağı və nə qədər olacağı təkliflər hazırlanan vaxt müəyyən ediləcək. “Taksi xidmətlərində vahid qiymətin tətbiqi mütləq olacaq. Bu gün sifarişli taksi xidməti göstərən şirkətlərin rəqabətliliyi sayəsində gediş haqlarında artım yox, əksinə azalma var. Amma qarlı, şaxtalı günlərdə taksilər süni qiymət artımına gedirlər. Bunun qarşısını almaq üçün vahid qiymətin müəyyən edilməsi vacibdir”.

Mənbə: AzVision.az
jxa

Xəbər lenti