Rusca Rusca Rusca Azərbaycanca
1.7008 2.0342 0.0294 0.4864
İlham Əliyev Davosa gedəcək

İlham Əliyev Davosa gedəcək

2017-01-11 12:21 119
Azərbaycan prezidenti İlham Əliyev bu il İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirak edəcək.
Xəbəroxu “Son dakika”ya istinadən xəbər verir ki, yanvarın 17-20-də keçiriləcək foruma dövlət başçıları və nazirlərlə yanaşı, Met Deymon və Forest Vhitaker kimi Hollivud məşhurları da qatılacaq.

Ümumilikdə foruma 30-dan çox dövlət başçısı və baş nazirin qatılacağı gözlənilir.

Maraqlıdır ki, bu il foruma nə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nə də baş nazir Binali yıldırım qatılacaq. Türkiyəni toplantıda baş nazirin köməkçisi Mehmet Şimşek və iqtisadiyyat naziri Nihat Zeybekçi təmsil edəcək.

Foruma Azərbaycanla yanaşı Əfqanıstan, Ukrayna, Cənubi Afrika prezidentlərinin də qatılacağı bildirilir. 
jxa

Xəbər lenti