Rusca Rusca Rusca Azərbaycanca
1.8311 1.9483 0.0308 0.4811
DİQQƏT:

DİQQƏT: İt sizə hücum edərsə, belə davranın

2017-01-11 17:51 2351
Əgər bir it aqressiv davranırsa, ya insanlardan zərər görüb, ya da xəstəliyi var. Aqressiv itlə qarşılaşdığımızda hücum edəcək deyə çoxumuz qorxub qaçırıq. Amma qaçmaq da doğru deyil. Aile.lent.az aqressiv itlə qarşılaşdığınızda necə davranmalı olduğunuzu təqdim edir. Bunlara diqqət etsəniz, sizə zərər verməyəcək.

Təşvişə düşməyin

İt və digər heyvanlar qorxunu hiss edir. Sizə doğru hürən, hücum edən bir iti görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb əl-qol atsanız, yaxud da qaçmağa başlasanız, it sizi ov kimi görəcək və sizə hücum edəcək.

Yavaşlayın

Qaçarkən aqressiv bir itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin bir yanından yavaş-yavaş gedərək bir gözünüzlə də ona nəzarət edin. Dik şəkildə durmaq itin sizə diqqətini dağıdacaq.

Göz təması qurmayın

 

İtin gözünün içinə baxmaq onu daha da özündən çıxarar.

Başını qatın

Hər hansı bir əşya ilə itin başını qata bilərsiniz. Yanınızda yeməli bir şey olarsa, əla. Amma bir şey yoxdursa, ayaqqabı, bel çantası, plastik şüşə kimi dişləniləcək bir şeylər verə bilərsiniz.

Getməsini istəyin

Əgər it aqressiv davranmağa davam edərsə, göz təmasından uzaqlaşın. Getməsi üçün istiqamət verin.  Səs tonunuza diqqət edin, güclü və özünüzdən əmin görünün. Çox kobud, şiddətli səslərdən xoşları gəlmir.

"Geri çəkil, get" deyə bilərsiniz. Sərt səs tonunda deyil, sakit bir şəkildə bu tapşırığı versəniz, it bunu anlaya biləcək. 

jxa

Xəbər lenti