Rusca Rusca Rusca Azərbaycanca
1.7475 1.8490 0.0303 0.4888
Zeynəb Xanlarova Flora Kərimovaya efir qadağası qoydurdu:

Zeynəb Xanlarova Flora Kərimovaya efir qadağası qoydurdu: Floradan sərt cavab

2017-01-11 23:20 2810
Müğənni: O, hər kəsin bildiyi Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu”
Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub. Bu barədə danışan xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: "Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi "Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu. Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.
 
Ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi.
Mənbə: Musavat.com
jxa

Xəbər lenti