Rusca Rusca Rusca Azərbaycanca
1.7008 2.0342 0.0294 0.4864
Evdə dərman necə saxlanılmalıdır?

Evdə dərman necə saxlanılmalıdır? VİDEO

2017-01-12 00:19 107
Apteklərdə dərmanlar təlimatina uyğun saxlanılsa da, ev şəraitində çox vaxt buna əməl edilmir -ya bütün dərman vasitələri eyni qabda saxlanılır, ya da düzgün temperaturda olmasına əhəmiyyət verilmir.

Əslində isə evdə bütün dərmanların eyni yerdə saxlanması və ya hamısının soyuducuya qoyulması heç də doğru deyil. Vətəndaşlar çox vaxt belə yanlışlığa yol verir ki, bu da dərmanın faydasından çox zərərinə gətirib çıxara bilər.

İnsanlar bəzən düşünürlər ki, dərman vasitəsini soyuducuda saxlamaqla onu qorumuş olurlar.

Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət labaratoriyasının müdiri Polad Hacıbalayev qeyd edir ki, soyuducu şəraiti bütün dərmanlar üçün uyğun deyil. Soyuducuda saxlanmaq üçün nəzərdə tutulan dərmanlara xüsusi həssaslıqla yanaşmaq lazımdır.

Otaq şəraitində saxlanmalı olan dərmanların da soyuducuya qoyulması əlavə təhlükə yaradır. Dərmanları otaq şətaitində saxlayanda isə diqqət yetirilməli məqamlar var.

Siroplar göz, burun damcıları kimi dərman vasitələri bir dəfə açılanda hava ilə təmas etdiyinə görə 3 həftədən artıq saxlanmağı məsləhət görülmür. Ümumiyyətlə, bütün dərman vasitələrini içlik vərəqinə uyğun temperaturda və qaranlıq yerdə saxlamaq lazımdır. Dərmanların son istifadə müddəti isə ən çox diqqət olunmalı məqamlardandır.

 

Mənbə: Xezerxeber.az
jxa

Xəbər lenti